Naxçıvanda əmlakın qiyməti 2 dəfə artıb

17:24 - 30.10.2023


30 oktyabr, Fineko/abc.az. Naxçıvanda Muxtar Respublika rəhbərliyinin dəyişməsi və aparılan iqtisadi islahatlardan sonra artan aktivlik əmlakın qiymətinə ciddi təsir edib. 

ABC.AZ xəbər verir ki, son bir ildə Muxtar Respublikanın əksər bölgələrində əmlakların qiyməti təqribən 2 dəfə artıb.

Naxçıvan şəhərində əmlak alqı-satqısı ilə məşğul olan əmlak mütəxəssisi Rövşən Abbasovun sözlərinə görə, məsələn Naxçıvan şəhərində mərkəz hissələrdə, eləcə də yol kənarında obyekt kimi istifadə oluna bilən torpaqların qiymətləri 2 qat – 100% artıb.

«Məsələn, əvvəllər sotu 15 min manata olan torpaqları indi 30 min manata istəyən olsa da sahibi satmaqdan imtina edir».

Mütəxəssisin sözlərinə görə, əkin üçün nəzərdə tutulan torpaqların qiymətində ciddi dəyişikli