16:35 - 30.10.2023
30 oktyabr, Fineko/abc.az. “Araz Supermarket” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
ABC.AZ xəbər verir ki, sözügedən məlumat Dövlət Vergi Xidmətinin informasiya bazasındakı rəqəmlərdən görünür.
Məlumata əsasən, “Araz Supermarket” MMC-nin vergi borcu 3 761 722.12 manatdır. Bu vergi borcu 29.10.2023-cü il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 055 020 manatdır və qanuni təmsilçisi Rəşad İbrahimovdur.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026