16:00 - 27.10.2023
27 oktyabr, Fineko/abc.az. “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin adı məhkəmə işlərində hallanır. Sığorta şirkəti “Korkmaz Group” MMC-ni məhkəməyə verib.
ABC.AZ-ın məlumatına görə, məhkəməyə səbəb müqavilədən əmələ gələn öhdəliklərdir.
Belə ki, “Qala Həyat” Sığorta Şirkəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb.