Neft bahalaşır, Brent bir barel üçün $89,07 təşkil edir

08:50 - 27.10.2023


27 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, bir gün əvvəl düşdükdən sonra cümə günü hərracda yüksəlir.

Brent markalı neftin dekabr fyuçersləri London ICE Futures birjasında saat 08: 47 – dək $1,14 (1,30%) artaraq bir barel üçün $89,07-a çatıb. Oktyabrın 26 - da Brent markalı neftin dekabr fyuçersləri $2,20 (2,44%) ucuzlaşaraq bir barel üçün $87,93-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti saat 08:47 – ə qədər $1,13 (1,36%) artaraq bir barel üçün $84,34-a çatdı. 26 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin dekabr fyuçerslərinin qiyməti $2,18 (2,55%) - bir barel üçün $83,21-a düşdü.