10:34 - 25.10.2023
25 oktyabr, Fineko/abc.az. “Fitch Ratings” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini (IDR) və prioritet təminatsız reytinqini BB+ səviyyəsində təsdiqləyib.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, proqnoz müsbət olaraq qalır.
"Aktivlərin geri qayıtma reytinqi RR4-dür. SOCAR-ın maliyyə profilinin daha güclü olması fonunda şirkətin sərbəst kredit portfeli ilə bağlı qiymətləndirməmizi təkrar gözdən keçirərək B+ səviyyəsindən BB+ səviyyəsinədək dəyişmişik”, – deyə reytinq agentliyindən bildirilib.