Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 34% artıb

12:04 - 23.10.2023


23 oktyabr, Fineko/abc.az. Bu il Azərbaycanda beynəlxalq yükdaşımalarında istismar olunan avtonəqliyyat vasitələrinin sayı 12 359 olub.

ABC.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

2022-ci ildə beynəlxalq yükdaşımalarında istismar olunan nəqliyyat vasitələrinin sayı isə 9 225 olub ki, bu da illik müqayisədə 34% çoxdur.