13:38 - 19.10.2023
19 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2023-cü ildə orta illik inflyasiya 9,5 % səviyyəsində olacağı proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”də bildirilib.
İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2024-cü ildə bu göstərici 5,3 % səviyyəsində gözlənilir.
“Proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 %-ə qədər enəcəyi gözlənilir”, – Maliyyə Nazirliyi qeyd edir.
İllik inflyasiyanın 4±2 % intervalında qorunması hədəflənir.
Məlyumata görə, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026