Dünyanın ikinci ən zəngin insanı 6,8 milyard dollar pul itirdi

15:48 - 17.10.2023


17 oktyabr, Fineko/abc.az.   Dünyanın ikinci ən zəngin insanlarından olan Bernard Arnault öz mövqeyini itirib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Arnaultun sərvəti 6,8 milyard dollar azalıb.

Buna səbəb kimi, ona məxsus olan “Louis Vuitton” və “Moet & Chandon” kimi markaların daxil olduğu "LVMH" şirkətinin daha aşağı satış artımı elan etməsidir. Arnault hazırda 155,1 milyard dollar sərvəti ilə Ceff Bezosun 156,3 milyard dollarından bir qədər aşağıdır. Arnault 2022-ci ilin sonunda “Tesla”nın baş direktoru İlon Maskı ötüb planetin ən varlı adamı olmuşdu. Qeyd edək ki, "LVMH" səhmləri üç gün ərzində Parisdə təxminən 10 faiz ucuzlaşıb və il ərzində 1,9 faiz azalıb.

Müəllif: Elmir Murad