14:37 - 17.10.2023
17 oktyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatı üzrə Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini şərh edib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, BVF-nin Baş Ofisindən bildirilib ki, Fondun Azərbaycanla bağlı iqtisadi artım proqnozu müəyyən edilərkən neft-qaz sektorunda gözlənilən hasilat və qeyri-neft sektoru üzrə gözlənilən istehsal həcmi əsas götürülüb.
Bundan əlavə, proqnoz mühüm sektorlarda post-pandemiya dövründə bərpa prosesinin davam etməsi, dövlət və özəl sektorun investisiya planları və daha geniş şəkildə iqtisadiyyatın qeyri-neft sektorunun şaxələndirilməsi üçün struktur islahatları, eyni zamanda Azərbaycanın ticarət tərəfdaşlarının iqtisadi perspektivləri kimi bir sıra amillərə əsaslanıb.BVF bu ilin aprel ayındakı proqnozu ilə müqayisədə oktyabr ayında Azərbaycanın iqtisadi artım proqnozunu 0,5% bəndi azaltmasının səbəbini isə belə izah edib: “Artım proqnozuna yenidən baxılması, əsasən, 2023-cü ilin ilk 8 ayında neft hasilatının gözləniləndən daha böyük həcmdə azalması ilə əlaqədardır”.
Qeyd edək ki, BFV bu ilin oktyabr ayında Azərbaycanda 2023, 2024 və 2028-ci illər üzrə iqtisadi artımın 2,5% təşkil edəcəyini proqnozlaşdırıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026