Azərbaycanda bu xərclər azaldılır - Yeni layihə

14:32 - 16.10.2023


16 oktyabr Fineko/abc.az. 2024-cü ildə Azərbaycanda dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri azaldılır.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, layihəyə əsasən gələn il tikinti və şəhərsalma xərcləri 6 309 440 300 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 15.5% və ya 1,152,529,700 manat azdır.

Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində tikinti və şəhərsalma xərcləri 7 461 970 000 manat proqnozlaşdırılıb.