17:21 - 13.10.2023
13 oktyabr, Fineko/abc.az. Avrozonada sənaye istehsalı avqust ayında əvvəlki ayla müqayisədə 0,6 % artıb.
ABC.AZ xəbər verir ki , bu barədə Avropa Statistika İdarəsi Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin avqust ayı məlumatlarında açıqlanıb.
AB-də sənaye istehsalı avqust ayında əvvəlki aya görə 0,6% artarkən, keçən ilin eyni dövrünə görə 4,4 % azalıb.
Avqust ayında AB ölkələri arasında sənaye istehsalında ən yüksək aylıq artım 6,1% ilə İrlandiyada, 4,5% ilə Slovakiyada və 3,7% ilə Litvada olub.
Sənaye istehsalında ən böyük azalma 2,4% ilə Macarıstanda, 2,2% ilə Xorvatiyada və 1,8% ilə Belçikada olub.
Sənaye istehsalında illik bazda ən yüksək artım 4,7% ilə Slovakiyada, 3,5% ilə Danimarkada və 3% ilə Maltada, ən çox azalma isə 27,3% İrlandiyada, 12,3% ilə Sloveniyada və 11,9 % ilə Estoniyada hesablanıb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026