NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15,6% artıb

16:41 - 13.10.2023


13 oktyabr, Fineko/abc.az. Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 93 mindən çoxdur.

ABC.AZ  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki,  2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16,1 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 % artıqdır.