Azərbaycanda təbii qaz istehsalı 4%-dən çox artıb

10:44 - 12.10.2023


12 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 35 900,7 milyon m3 dəyərində təbii qaz edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz istehsalı 1498,1 milyon m3 və ya 4,4% artıb.

2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 34 402,6 milyon m3 təşkil edib.

01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı olmayıb.