14:42 - 11.10.2023
11 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) öz standartları olacaq.
ABC.AZ xəbər verir ki, Bunu Bakıda Ümumdünya Standartlar Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov bildirib.
Onun sözlərinə görə, SOCAR-ın indiki rəhbərliyi qurumun öz standartlarının hazırlanmasını qarşıya məqsəd qoyub.
“SOCAR kifayət qədər inkişaf etmiş strukturdur, Azərbaycan iqtisadiyyatının dayaqlarından biridir, yeni idarəetmə məktəbidir. SOCAR-da xüsusi standartların tətbiq edilməsi çox vacib məsələdir. Öz standartlarımız olarsa, bu, bizim üçün faydalı olar”, – deyə o, əlavə edib.