17:09 - 10.10.2023
10 oktyabr, Fineko/abc.az. Ölkəmizdə investisiya mühitinin əlverişliyinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən xarici sənədlərin məsafədən tərcümə edilməsi və notariat qaydasında rəsmiləşdirilərək aidiyyəti orqana təqdim edilməsi elektron xidməti hazırlanıb və yaxın vaxtlarda istifadəyə veriləcək.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov deyib.
Qeyd olunub ki, elektron xidmətlərin genişləndirilməsi çərçivəsində Azərbaycanda elektron imzalanmış sənədlərin xaricdə təqdim edilməsini mümkün edəcək elektron apostil proqramının da istifadəyə verilməsi nəzərdə tutulur.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026