Bakıdan Pekinə uçuşlar başlayır

16:34 - 10.10.2023


10 oktyabr, Fineko/abc.az. AZAL dekabr ayının 19-dan Bakıdan Pekinə uçuşlara başlayır.

ABC.AZ xəbər verir ki, Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR-kodu mobil cihazda saxlamaq zəruridir.

Bu QR-kodun olması həm Bakıda, həm də Pekində uçuşa minmək üçün mütləq şərtdir.