“PAŞA Kapital İnvestisiya Şirkəti”nin birja əməliyyatları artıb

14:56 - 10.10.2023


10 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-də 12 804,8 milyon manatlıq əməliyyat aparıb.

ABC.AZ "Renkinq"ə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.