14:50 - 10.10.2023
10 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı «Anglo Asian Mining plc» şirkəti Azərbaycan Beynəlxalq Bankından (ABB) 10 milyon ABŞ dolları məbləğində kredit götürüb.
ABC.AZ xəbər verir ki, sözügedən kredit 10 milyon dollar civarndadır və kredit illik 6,5 faiz sabit faiz dərəcəsi ilə 3 il müddətinə verilib. "Faizlər aylıq ödənilir və altı aylıq güzəşt müddəti var. Sonra kredit növbəti 30 ay ərzində bərabər aylıq hissələrlə ödənilir. Vəsaitlər Qrupun fəaliyyətinin yenidən başlaması üçün kapital və digər xərclər üçün istifadə olunacaq» - deyə «Anglo Asian Mining plc» şirkətinin açıqlamasında bildirilir.
Kredit Qrupun 55 milyon AZN (32,3 milyon ABŞ dolları) kredit xətti çərçivəsində götürülüb. 3,5 milyon dollar da 2023-cü ilin iyul ayının əvvəlində 5,5 faiz sabit faiz dərəcəsi ilə bir illik sabit dövriyyə kapitalı krediti kimi götürülüb. Kredit üzrə faizlər aylıq ödənilir və əsas borc müddətin sonunda ödənilir.