14:23 - 10.10.2023
10 oktyabr, Fineko/abc.az. 10 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kredaqro” BOKT MMC-nin ümumi dəyəri 500 min manat olan AZ2005009165 ISIN-li və ümumi dəyəri 500 min manat olan AZ2004009166 ISIN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Bakı Fond Birjasından ABC.AZ-a daxil olan məlumata görə, faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 10000 ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 24 ay, kupon faizlərinin ödəniş müddəti rübdə bir dəfədir.
12 oktyabr 2023-cü il tarixində “Kredaqro” BOKT MMC istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026