16:02 - 9.10.2023
9 oktyabr, Fineko/abc.az. Bu ilin birinci rübünün yekunlarına görə, Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri arasında ilk 5-liyə daxil olub.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Avropa qaz bazarındakı vəziyyəti ilə bağlı rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ilin birinci rübündə ölkə Trans-Adriatik kəməri (TAP) ilə Aİ ölkələrinə qaz nəqlini ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıraraq 2,8 mlrd. kubmetrə çatdırıb.
Bildirilir ki, yanvar-mart aylarında ilk beş ən böyük təchizatçı siyahısına Norveç, Şimali Afrika, Rusiya və Böyük Britaniya da daxildir. Azərbaycan bu siyahıda 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026