12:13 - 6.10.2023
6 oktyabr, Fineko/abc.az. Rusiyanın “Lukoil” neft şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 1,5 milyard ABŞ dolları məbləğində kredit ayıracaq.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bundan başqa, Lukoil” SOCAR-ın Türkiyədəki yatırımı olan STAR neft emalı zavoduna Rusiya xam neftini tədarük etməyə başlayacaq. Hazırda zavodun emal gücü gündəlik 200 min barel neft təşkil edir.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropadakı neft emalı zavodları Rusiya xam neftinin idxalını dayandırıb. Bu müqavilə sayəsində “Lukoil” Rusiya limanları yaxınlığında daha bir müştəri qazanacaq. Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən Türkiyə Rusiya nefti və təbii qazını ixrac etməyə davam edir.
Lakin bu yay aylarında STAR neft emalı zavodu Rusiya ilə ticarətdə beynəlxalq maliyyə məhdudiyyətlərindən yaranan çətinliklər səbəbindən Rusiya xam neftinin idxalını dayandırıb və onu Qazaxıstanın KEBCO nefti ilə əvəz edib. 2022-ci ildə gündəlik orta hesabla 100 min barel “Urals” nefti alan STAR neft emalı zavodu bu il gündəlik orta hesabla 50 min bareldən az Rusiya nefti əldə edib.
21 Avqust 2026