16:30 - 28.09.2023
28 sentyabr, Fineko/abc.az. Azərbaycanda elektronika və məişət texnikası üzrə mağazalar şəbəkəsinə sahib olan “İrşad” da digər rəqibləri kimi maliyyə bazarına girir.
ABC.AZ Banker-ə istinadən xəbər verir ki, “İrşad Bank Olmayan Kredit Təşkilatı” MMC adlı şirkət təsis edilib.
“İrşad BOKT” 1 milyon manat nizamnamə kapitalına sahibdir. Azərbaycan Mərkəzi Bankı BOKT-lərə bazarda iştirak üçün icazə verərkən nizamnamə kapitalı üzrə minimal 300 min manatlıq tələb qoyur.
BOKT-nin direktoru Elvin Məmmədov Nazim oğludur və həm də “İrşad Elektroniks”in Kredit departamentinin rəhbəridir.
Qeyd edək ki, buna qədər bir çox özəl şirkətlər həmçninin daxili kreditləşməni təmin etmək üçün BOKT-lər açıblar.
14 Sentyabr 2026
14 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026