Mərkəzi Bank bu şirkəti məhkəməyə verdi - SƏBƏB

14:49 - 19.09.2023


19 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank “Petroleum Services Group SA” Şirkətinin Azərbaycandakı filialını məhkəməyə verib.

ABC.AZ Banker-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İpoteka müqaviləsi üzrə mübahisələrdir.

İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.