X sosial media platforması ödənişli olacaq

10:43 - 19.09.2023


19 sentyabr, Fineko/abc.az. X sosial media platforması (keçmiş Twitter) tezliklə tam ödənişli ola biləcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, belə bir açıqlamanı platformanın sahibi İlon Mask deyib.

Mask iddia edib ki, botlarla və ya “avtomatlaşdırılmış” hesablarla mübarizə aparmağın yeganə yolu X üçün ödəniş sistemi hazırlamaqdır.

Mask sistemin istifadəsi üçün kiçik aylıq ödəniş almağa başlayacaqlarını bildirib.

X-nin sahibi bu barədə ABŞ-ın Kaliforniya ştatında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı açıqlama verib və İsraili texnologiya sektorunda aparıcı roluna görə tərifləyib.