Neft bahalaşır, Brent bir barel üçün $95,01 təşkil edir

09:26 - 19.09.2023


19 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə axşamı keçirilən ticarətdə yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı noyabr neft fyuçerslərinin qiyməti saat 09:15-ə qədər $0,58 (0,61%) artaraq bir barel üçün $95,01-ə çatıb. Sentyabrın 18-də Brent markalı neftin noyabr fyuçersləri $0,50 (0,53%) artaraq bir barel üçün $94,43-ə çatıb.

Saat 09:15-ə qədər Nyu–York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri $1,00 (1,09%) artaraq bir barel üçün $92,48-ə çatıb. 18 sentyabr ticarətinin nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,71 (0,78%) artaraq bir barel üçün $91,48-ə çatıb.