15:43 - 18.09.2023
18 sentyabr, Fineko/abc.az. Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov tərəfindən "Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi" mövzusunda apellyasiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən məhkəmələrinin sədrləri ilə görüş keçirilib.
ABC.AZ xəbər verir ki, Şuranın son iclaslarının nəticəsi olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev məhkəmənin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə konfrans keçirib.
Konfransda sədr Məhkəmə-Hüquq Şurasının qaldırdığı, o cümlədən şəffaflığın təmin edilməsi, işlərə məhkəmədə baxılması zamanı süründürməçilik hallarına yol verilməməsi, qanunvericiliyin bütün tələblərinə ciddi riayət olunması ilə bağlı məsələlərə toxunub.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026