“Kürdəmir Quşçuluq” ASC-nin sədri dəyişir

12:05 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. 16 oktyabr 2023-cü il tarixində saat 11:00-da “Kürdəmir Quşçuluq” ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, gündəliyə səhmdar cəmiyyətə yeni sədrin təyin edilməsi məsələsi çıxarılacaq.

Ünvan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seydov 3138-dir.

Qeyd edək ki, “Kürdəmir Quşçuluq” ASC 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 177 616 manatdır və qanuni təmsilçisi Azər Əliyevdir.