17:24 - 13.09.2023
13 sentyabr, Fineko/abc.az. İlon Maskın sərvəti sentyabrın 11-də 17.9 milyard dollar (+ 7.14%) artaraq 216.9 milyard dollara çatıb.
ABC.AZ-ın xarici məlumata görə, artım “Morgan Stanley” “Dojo” superkompüterinin şirkətin bazar dəyərini təxminən 600 milyard dollar çoxalda biləcəyini açıqladıqdan baş verib.
Sözügrdən hadisədən sonra “Tesla” səhmləri gün ərzində 10.09% artıb.
“Morgan Stanley”in analitiki Adam Jonasın fikrincə, “Tesla”nın gəliri 2040-cı ildə əvvəllər proqnozlaşdırılan 157 milyard dollardan 335 milyard dollara yüksələcək.
Qeyd edək ki, Mask “Tesla”nın 23%-nə sahibdir. 2023-cü ilin ikinci rübünün sonunda şirkətin səhmləri demək olar ki, 10% ucuzlaşıb.
“Tesla” iyul ayında Çin istehsalı olan 64 285 elektrikli avtomobil satıb ki, bu da əvvəlki ayla müqayisədə 31% azdır. Sentyabrın sonunda şirkət yenilənmiş Model 3 avtomobilini təqdim edib.
Müəllif: Elmir Murad
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026