“Avrozona”da inflyasiyanın yüksələcəyi gözlənilir

17:11 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. Gələn il “Avrozona”da inflyasiyanın yüksələcəyi gözlənilir.

ABC.AZ xəbər verir ki, bu, Avropa Mərkəzi Bankının proqnozlarında öz əksini tapıb.

İqtisadi proqnozlara görə, inflyasiyanın 3%-dən yuxarı olacağı proqnozlaşdırılır.  Bununla yanaşı, bu il və 2024-cü il üçün artım gözləntiləri bazar gözləntilərinə uyğun olaraq aşağı salına bilər.

Bundan əlavə, Avropa Mərkəzi Bankının verdiyi qərarla faiz artımına daha çox meyl etdiyini göstərir.

Əvvəllər uçot dərəcələrinin sabit saxlanılmasına dair gözləntilər üstünlük təşkil etdiyi halda, treyderlər faiz artımı ehtimalını 50% səviyyəsinə yüksəldiyini bildiriblər.