12:02 - 12.09.2023
12 sentyabr, Fineko/abc.az. Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home”un bağlı olduğu “ABC-Telecom” MMC şirkətinə cərimə protokolu yazılıb.
Asayis.Az ekonominfo-ya istinadən xəbər verir ki, “ABC-Telecom” MMC barəsində yazılan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
İşə 20 sentyabr tarixində hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “ABC-Telecom” MMC (“Kontakt Home”) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026