11:27 - 11.09.2023
11 sentyabr, Fineko/abc.az. “Paşa Bank” ASC “AS Prof” şirkətlər qrupuna bağlı olan “Gerlift Group” MMC, həmçinin bu şirkətlərin qanuni təmsilçiləri – Tural Nəcəfov və Cahid Qurbanova qarşı məhkəmə iddiası qaldırıb.
ABC.AZ-ın məlumatına görə, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib.
Bildirək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Məlumat üçün qeyd edək ki, “Gerlift Group” MMC MMC 25.09.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 22 000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Mir Cəlil, ev 115, m 4634-də yerləşir.