“X” sosial şəbəkəsində də video zəng mümkün olacaq

14:42 - 31.08.2023


31 avqust, Fineko/abc.az. “X” sosial şəbəkəsinin audio-video zəng xidməti aktiv ediləcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin sahibi İlon Mask (Elon Musk) özünün “X” hesabında bildirib.

Onun sözlərinə görə, bu xidmətdən istifadə “iOS”, “Android”, “Mac” və “PC” (personal kompüter) üçün mümkün olacaq.

Bununla belə, iş adamı yeni, tamamilə pulsuz təqdim ediləcək xidmətin konkret nə vaxt aktiv olunacağını açıqlamayıb.