Rusiyanın ÜDM-i 2023-cü ilin birinci yarısında 1,6% artıb

14:24 - 31.08.2023


31 avqust, Fineko/abc.az. Rusiyanın ümumi daxili məhsulu 2023-cü ilin birinci yarısında 1,6%, yeddi ayda isə 2,1% artıb.

Ümumilikdə yanvar-iyul aylarında ölkədə sənaye istehsalı illik müqayisədə 2,6% artıb. İqtisadiyyatın əhəmiyyətli seqmentlərindən yalnız mədənçıxarma sektorunda azalma müşahidə olunub - mənfi 1,3%. Eyni zamanda, tikinti sənayesində əhəmiyyətli artım qeydə alınıb - 8,7%.

2023-cü ilin iyul ayında kreditləşmənin artımı (hüquqi və fiziki şəxslərə) illik müqayisədə 25,5% artıb. Eyni zamanda, fiziki şəxslərə rublla kredit verilməsi (istehlak və ipoteka kreditləri) illik ifadədə 18,3% artıb.

İqtisadi İnkişaf Nazirliyi qeyd edib ki, əmək bazarında əmək haqqı artımı istiqamətində müsbət tendensiya qorunur. 2023-cü ilin birinci yarısında nominal əmək haqqı 12,7%, real əmək haqqı isə 6,8% artıb.