16:11 - 28.08.2023
28 avqust, Fineko/abc.az. 2022-ci ilin 7 aylıq dövründə İstanbula 8 milyon 514 min 806 xarici turist gəlib. Bu ilin eyni dövründə turistlərin sayı 15 faiz artaraq 9 milyon 776 min 635 nəfər olub.
ABC.AZ xəbər verir ki, bu barədə İstanbul İl Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb.
Ötən ilin iyul ayında 1 milyon 759 min 506 xarici turistin ziyarət etdiyi şəhər bu ilin iyul ayında 1 milyon 873 min 97 xarici turisti qəbul edib. Belə ki, iyul ayında keçən ilin eyni ayı ilə müqayisədə xarici turistlərin sayı təxminən 6 faiz artıb.
Qeyd edək ki, 2019-cu ilin iyul ayında İstanbula 1 milyon 666 min 319, 2020-ci ilin iyul ayında 301 min 930, 2021-ci ilin iyul ayında isə 1 milyon 130 min 999 turist gəlmişdi.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026