Neft-qaz sektorunda çalışanların sayı 31,6 min nəfərə çatıb

14:12 - 24.08.2023


24 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında iqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər çalışıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3621,8 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 883 manat, özəl müəssisələrdə isə 964,6 manat olub.