11:45 - 3.09.2026
3 Sentyabr, Fineko/abc.az. Avqustun 30-da Avropa İttifaqının yeraltı qaz anbarlarının (YQA) doluluq səviyyəsi 65,09%-ə çataraq son 13 ilin ən aşağı göstəricisini qeydə alıb. Bu rəqəm son 5 ilin orta göstəricisindən 16,84 faiz bəndi, keçən ilin müvafiq dövründən (77,4%) isə nəzərəçarpan dərəcədə aşağıdır.
Hazırda Aİ anbarlarında təxminən 71,1 milyard kubmetr mavi yanacaq var ki, bu da ötən illə müqayisədə 13,9 milyard kubmetr azdır. Aprel ayından bu yana anbarlara cəmi 40 milyard kubmetr qaz vurulub ki, bu da qış mövsümünə hazırlıq üçün tələb olunan həcmin cəmi 59%-ni təşkil edir.
Cari vurulma tempi saxlanılarsa, isitmə mövsümünün əvvəlinə anbarların yalnız 70-75% dolacağı və bununla da tarixinin mütləq minimumunun yenilənəcəyi gözlənilir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026