15:53 - 23.08.2023
23 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 16-nın ödənişləri illik müqayisədə artıb, 4-nün ödənişləri azalıb.
ABC.AZ "Renkinq”ə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-dir. Bu şirkət 7 ay ərzində 1,256 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,5 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Xalq Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 15,138 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,5% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Günay Sığorta" ASC-dədir. Bu şirkət ötən 7 ayda 2,041 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 17,9% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atasığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 51,9% azalaraq 1,806 milyon manata düşüb.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026