Altı ayda Bakıda elektrik avadanlıqlarının istehsalı artıb

10:53 - 14.08.2023


14 avqust, Fineko/abc.az.  Cari ilin yanvar-iyun aylarında paytaxtda kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 71,5 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir.

Qeyd olunur ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 60,7 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 3,1 dəfə artıb.