Cari ildə vergiödəyicilərinin  sayı artıb

11:33 - 7.08.2023


7 avqust, Fineko/abc.az.  Cari il avqustun 1-nə respublika üzrə uçotda olan 1 milyon 470 min 553 vergiödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7 faiz, hüquqi şəxslərin sayı 9,3 faiz artıb.

Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 169 min 751 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 10 faiz artım qeydə alınıb.