"Apple" iPhone satışlarınıdan  39,7 mlrd. dollar qazanıb

14:57 - 4.08.2023


4 avqust, Fineko/abc.az. Apple rekord xidmət gəliri əldə edib. Aprel-iyun dövründə iPhone satışlarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 2 % azalaraq 39,7 milyard dollar olub.

Bu barədə ABC.AZ şirkətə istinadla xəəbər verir.

Eyni dövrdə iPad satışları 20 faiz azalaraq 5,8 milyard dollara, Mac satışları isə 7 faiz azalaraq 6,8 milyard dollara düşüb.
Apple CEO-su Tim Kuk, balans dövrü ərzində 1 milyarddan çox ödənişli abunə sayəsində xidmət gəlirlərində bütün zamanların rekordunu qırdıqlarını açıqladı.