Cari ildə elektorn məhsulların istehsalı artıb

11:47 - 31.07.2023


31 iyul, Fineko/abc.az. Cari ilin altı ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 116,2 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 88,9 faiz, elektrik avadanlıqlarının istehsalı isə 6,4 faiz artıb.

Bu barəd ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Qeyd olunur ki, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3,3 dəfə, ölçmə cihazlarının istehsalı isə 2 dəfə artıb.