Buğdanın qiyməti maksimum səviyyəyə çatıb

14:12 - 25.07.2023


25 iyul, Fineko/abc.az. Qara dəniz regionundan tədarükün azalması qorxusu fonunda buğdanın qiyməti fevralın ortalarından bəri maksimum səviyyəyə çatıb. Çikaqo buğda fyuçersləri təxminən 2.6% artaraq 7.7725 dollar/buşel olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Rusiyanın taxıl sazişindən çıxması ilə əlaqədar son vaxtlar buğda bahalaşır. “Financial Times” yazır ki, qiymət artımı Odessa vilayətində obyektlərə hücumlar barədə xəbərlərdən sonra güclənib.

Qlobal buğda tədarükünün təxminən 30%-i Rusiya və Ukraynanın payına düşür.