“Threads”in ömrü qısa oldu - İstifadəçilər burada az vaxt keçirir

16:18 - 18.07.2023


18 iyul, Fineko/abc.az. “Meta” bu yaxınlarda çox gözlənilən “Twitter” rəqibi olan yeni sosial media platforması “Threads”i istifadəçilər üçün təqdim edib. 

ABC.AZ xəbər verir ki, platforma 24 saat ərzində 70 milyon istifadəçini ötməklə bütün dünyada böyük marağa səbəb olub. Daha sonra “Threads” 100 milyon istifadəçiyə çatmağı bacarıb.

Platformanın şöhrəti qısa ömürlü olub. Paylaşılan yeni məlumatlar göstərdi ki, “Threads” istifadəçilərin sayında və əlaqədə sürətli bir azalma görüb. Bu azalma xüsusilə “Threads”in gündəlik aktiv istifadəçilərinin sayında baş verib. Məlumatlara görə, istifadəçilərin “Threads”də keçirdikləri vaxt 20 dəqiqədən 10 dəqiqəyə qədər azalıb.