12:27 - 18.07.2023
18 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 26556,5 ton pendir və kəsmik istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə pendir və kəsmiyin istehsalı 1,8% və ya 473,2 ton artıb. 2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 26083,3 ton təşkil edib.
01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 56,3 ton olub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026