11:27 - 14.07.2023
14 iyul, Fineko/abc.az. Hazırda inzibati məhkəmələr müstəsna olaraq inzibati mübahisələrə, kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya mübahisələrə baxırlar.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov "Femida Dialoq Platforması sahibkarlarla görüş" adlı tədbirdə çıxışı zamanı deyib.
İ.Kərimov diqqətə çatdırıb ki, ölkəmizdə məhkəmə sistemində davamlı islahatlar aparılır, ancaq sahibkarları narahat edən, dövrümüzün tələblərinə uyğun olaraq gündəlik təcrübədə rastlaşdıqları çətinliklər hələ də mövcuddur:
"Ali Məhkəmə olaraq biz hər zaman dialoqa və üzərimizə düşənləri etməyə hazırıq. O məsələlər ki, dövlətə və məhkəmə hakimiyyətinə aiddir və fundamental əhəmiyyət daşıyır. Qanunvericiliyə edilən son dəyişikliklərlə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilib. Vahid məhkəmə təcrübəsi ölkənin hüquq sistemi üçün, eləcə də sahibkarlar üçün böyük əhəmiyyətə malikdir".
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026