Almaniyada inflyasiya 7%-ə qədər sürətlənib

14:15 - 11.07.2023


11 iyul, Fineko/abc.az. Almaniyada Avropa İttifaqı (Aİ) standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri iyun ayında illik ifadədə 6.8% artıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Statistika İdarəsinin (Destatis) yekun hesabatında deyilir.

Belə ki, inflyasiya bir ay əvvəlki 6.3%-lə müqayisədə sürətlənib.

Yekun məlumatlar “Trading Economics” tərəfindən sorğu edilən ekspertlərin ilkin təxminlərinə və gözləntilərinə uyğun olub.

Əvvəlki ayla müqayisədə Almaniyada istehlak qiymətləri may ayında 0.2% azaldıqdan sonra iyunda 0.4% artıb.