Bu haldan sonra neft bazarları bahalaşıb

11:19 - 11.07.2023


11 iyul, Fineko/abc.az. Neft bazarları həftənin ikinci ticarət günündə Səudiyyə Ərəbistanının hasilatı azaltması və Çinin borclu daşınmaz əmlak sektorunu gücləndirmək səylərindən sonra bahalaşıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Asiya sessiyasında satılan beynəlxalq benchmark “Brent” markalı neft 0,5 faiz artaraq 78,04 dollara, ABŞ-ın Qərbi Texas (WTI) markalı xam neftin barel qiyməti isə 73,38 dollar civarında olub.

Xam neftə tələbatın əsas mənbəyi olan Çin, bazar ertəsi günü borclu daşınmaz əmlak sektoru üçün dəstək tədbirlərini genişləndirərək, gələcək stimullara ümidləri artırdı. Bununla belə, Çinin zəifləyən iqtisadi bərpası qiymətlərə təzyiq göstərir.