Macarıstan şirkəti Azərbaycanda enerji içkisi istehsal edən zavod tikəcək

15:38 - 10.07.2023


10 iyul, Fineko/abc.az. "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Macarıstanın "Hell Energy" şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb. 

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində bildirib.

Onun sözlərinə görə, sənədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə keçirilən tədbirdə imza atılıb. Müqaviləyə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikiləcək.

"Layihənin icrası ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, yerli istehsalın artmasına və məşğulluğun təmin edilməsinə töhfə verəcək", - deyə nazir qeyd edib.