14:05 - 10.07.2023
10 iyul, Fineko/abc.az. Ağdam Sənaye Parkında qeydə alınmış rezidentlər tərəfindən inşa edilmiş ilk müəssisənin bu il fəaliyyətə başlaması gözlənilir. Bununla da Azərbaycanın işğaldan azad olunmuş ərazilərində böyük sənaye istehsalı bərpa ediləcək. Ağdam Sənaye Parkında qeydə alınmış rezidentlərın çoxu artıq tikinti işlərinə başlayıb.
ABC.AZ -ın məlumatına görə, İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Emil Hacıyev bildirib ki, ümumi ərazisi 190 hektar olacaq sənaye parkının qurulması iki mərhələdə nəzərdə tutulub. Artıq əsas işlər birinci mərhələdə tamamlanmaq üzrədir.
Hazırda Ağdam Sənaye Parkında 17 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib.
Qeydiyyatdan keçmiş rezident və qeyri-rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 161 milyon manatdan çox vəsaitin yatırılması nəzərdə tutulur. Bu investisiyalar nəticəsində 1400-dən çox yeni iş yeri açılacaq.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026