14:24 - 2.07.2018
2 iyul, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava haqqında məlumatı təqdim edib.
Nazirliyin məlumatında deyilir ki, Abşeronda havanın temperaturu gecə saatlarında 25-27 dərəcə, gündüz isə 40-43 dərəcə təşkil edəcək.
“Bakıda gecə 25-27, gündüz 40-42 dərəcə isti olacağı gözlənilir”, - deyə məlumatda bildirilir.
Şimal çimərliklərdə suyun temperaturu 28-29 dərəcə, cənub çimərliklərdə isə 29-30 dərəcə təşkil edəcək.
“Ölkənin regionlarında sabah havanın temperaturu gecə 22-27, gündüz 40-44, bəzi yerlərdə 46, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcəyə çatacaq”, - məlumatda belə deyilir.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026